Çempionlar Liqasının növbəti üç final oyunun məkanları bəllidir

12:47 - 31 Avqust 2019

UEFA qarşıdakı üç mövsümdə Çempionlar Liqasının final matçlarının keçirləcəyi şəhərləri müəyyənləşdirib.

 

Sportal.az "Associated Press"ə istinadən xəbər verir ki, 2021-ci ildə baş tutacaq final Rusiyanın Sankt-Peterburq şəhərində təşkil ediləcək. 2022-ci ilin həlledici oyunu  Almaniyanın Münhen şəhərində reallaşacaq. 2023-cü ilin ÇL finalı İngiltərənin paytaxtı Londonda yerləşən "Uembli" stadionunda baş tutacaq.

 

UEFA sentyabrın 24-ü bununla bağlı rəsmi qərar verəcək.

 

Bu mövsüm Çempionlar Liqasının final oyununa Türkiyənin İstanbul şəhəri ev sahibliyi edəcək. Həlledici oyun Atatürk Olimpiya Stadionunda reallaşacaq.

Xəbər xətti