Kintana və Zubirin yubileyi

Azərbaycan Premyer Liqasının III turunun “Səbail”lə oyunu “Qarabağ”ın iki futbolçusu üçün yubileylə əlamətdar olub.

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam klubunun 4:0 hesablı qələbəsində bir qolla pay sahibi olan Dani Kintana komandasının heyətində 40-cı dəfə fərqlənib. 2015-ci ildən “Qarabağ”ın şərəfini qoruyan ispaniyalı legioner yubiley qolunu 139-cu matçında vurub. Kintananın bu qollarından 31-i Premyer Liqa, 3-ü Azərbaycan kuboku, 6-sı avrokuboklara təsadüf edib.

 

Daninin komanda yoldaşı Abdullah Zubir isə yubiley oyununu keçirib. Görüşə ikinci hissədə daxil olan fransalı “Qarabağ”da 50-ci matçına çıxıb. 2018-ci ilin yayında transfer olunan yarımmüdafiəçi Premyer Liqada 25, Azərbaycan kubokunda 4, avrokuboklarda 21 dəfə şans qazanıb.

Tarix: 2 Sentyabr [13:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2019
20  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio