"Sumqayıt" "Neftçi" ilə oyundakı qalmaqalla bağlı bəyanat yaydı

"Sumqayıt" klubu Premyer Liqanın üçüncü turunda "Neftçi" ilə oyunda yaşanan insidentlə bağlı bəyanat yayıb.

 

Sportal.az klubun saytının yaydığı bəyanatı təqdim edir:

 

"Hörmətli futbol ictimaiyyəti!

 

“Sumqayıt” Futbol Klubu olaraq, hər zaman ədalətli oyunun, qarşılıqlı hörmətin tərəfdarı olmuş, meydanda və meydandan kənarda şiddət və aqressiyanın yolverilməz olduğunu hesab etmişik. Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində sentyabrın 1-də Bakı şəhərindəki “Bakcell Arena”da keçirilmiş “Neftçi” – “Sumqayıt” qarşılaşmasının son dəqiqələrində meydanda baş vermiş insidentə görə ölkə futbol ictimaiyyətindən “Sumqayıt” FK olaraq üzr istəyirik.

 

Bəyan edirik ki, AFFA-nın müvafiq strukturunun məlum olayla bağlı çıxaracağı qərardan savayı, klub daxilində də məsələ ilə bağlı detallı araşdırma aparılacaq və uyğun addımlar atılacaq. 

 

“Sumqayıt” FK futbolun bir idman növü olaraq hörmət və ehtiram (Respect) kimi təməl prinsiplər üzərində indiki inkişaf səviyyəsinə çatdığına və klubumuzun hər bir üzvü bu prinsiplərə hər zaman əməl olunmasının vacibliyinə inanır.

 

Bu bəyanatla bir daha ölkə futbolundakı bütün rəqiblərimizə ehtiramımızı ifadə edir, “Hər şey Azərbaycan futbolu üçün!”, - deyirik".

Tarix: 2 Sentyabr [17:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2019
17  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio