"Qarabağ" transfer pəncərəsinin son günündə İspaniya Sequnda təmsilçisi "Almeriya"nın müdafiəçisi Matye Peberni transfer etmək istəyib.
Sportal.az eldesmarque.com-a istinadən xəbər verir ki, əndəlüsiyalılar Ağdam klubu ilə anlaşa bilməyib.
“Almeriya” 28 yaşlı fransalı mərkəz müdafiəçisini Sequndanın digər təmsilçisi "Luqo"ya bir mövsümlük icarəyə verib.
Pebern bu yay "Loryan"dan "Almeriya"ya keçib.