"Keşlə" yoldaşlıq oyunu keçirəcək

10:24 - 6 Sentyabr 2019

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə “Keşlə” yoldaşlıq matçı keçirəcək.

 

Sportal.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi sentyabrın 7-də saat 16:30-da I Divizion təmsilçisi “Qaradağ Lökbatan” klubu ilə qarşılaşacaq.

 

Oyun Bakı Olimpiya Stadionunun köməkçi meydançasında baş tutacaq.

Xəbər xətti