"Tobol" Emilin çıxışı barədə: "Xorvatlar ona ancaq penaltidən qol vurdu"

Qazaxıstan "Tobol" Azərbaycan millisinin heyətində AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə matçda debüt edən qapıçısı Emil Balayevin çıxışı barədə müsbət sözlər paylaşıb.

 

Sportal.az xəbər verir ki, klub saytı xorvatların 25 yaşlı qolkiperi yalnız penaltidən sonra məyus edə bildiyini qeyd edib:

 

"Emil Azərbaycan millisində debüt elədi. "Sarı-yaşıllar"ın qapıçısı bu matçda çox inamlı idi. O, dəfələrlə komandasını qoldan xilas etdi. Xorvatiya Emilə ancaq penaltidən qol vurdu".

 

Azərbaycan - Xorvatiya oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Tarix: 10 Sentyabr [12:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Oktyabr 2019
17  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio