"Barselona"dan "Napoli"nin futbolçusu üçün 60 milyon

17:34 - 11 Sentyabr 2019

"Napoli"nin ispaniyalı futbolçusu Fabian Ruis karyerasını ölkəsində davam etdirə bilər. Onun xidmətində "Barselona" maraqlıdı.

 

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu 23 yaşlı oyunçu üçün 60 milyon avro ödəməyə hazırdı. Komandanın baş məşqçisi Ernesto Valverde yarımmüdafiənin mərkəzində Fabian Ruis - Frenki de Yonq tandeminin uğurlu olacağına inanır. "Barsa" qış transfer pəncərəsi zamanı keçidi reallaşdırmağa çalışacaq.

 

"Napoli"nin əsas heyət üzvünü 60 milyon avroya satmayacağı gözlənilir. Neapol təmsilçisi yarımmüdafiəçinin satışından daha çox əldə etmək istədiyi vurğulanıb.

 

Ruis 2018-ci ilin yayında "Betis"dən "Napoli"yə keçib.

Xəbər xətti