Divizionda hakimi təhqir edən futbolçu cəzalandı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda I Divizionun III turu ilə bağlı aşağıdakı qərarlar qəbul olundu:

 

Azərbaycan I divizionun II  turunun “Ağsu” – “Səbail-2” matçının 51-ci dəqiqəsində “Ağsu” klubunun 7 №-li futbolçusu Ceyhun Rəcəbli hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır , klub 320 manat cərimə olunur.

 

I divizionun III  turunun “Səbail-2” – “Sabah-2” matçında “Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

“Səbail-2” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur.

 

“Sabah-2” klubunun nümayəndəsinin oyun öncəsi iclasa 10 dəqiqə gecikdiyinə  görə klub 80 manat cərimə olunur.

 

I divizionun III turunun “Zirə-2” – “Qarabağ-2” matçında əvəzetmə zamanı “Zirə-2” klubunun protokolda adı olmayan futbolçusu (Nizami Səmədov) meydançaya çıxdığına görə klub 400 manat cərimə olunur, hesab isə olduğu kimi – 1:7 saxlanılır.

 

Oyunun 51-ci dəqiqəsində “Zirə” klubunun 19 №-li futbolçusu Müşfiq İlyasov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

Oyunun 90+2-ci dəqiqəsində “Qarabağ” klubunun 39 №-li futbolçusu Zaur Fərzəliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

I divizionun III turunun “Qaradağ Lökbatan” – “Ağsu” matçının 51-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 8 №-li futbolçusu Sərxan Əhmədli ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 160 manat cərimə olunur.

 

“Qaradağ Lökbatan” komandası oyunun video yazısını təqdim etmədiyinə görə 80 manat cərimə olunur.

Tarix: 17 Sentyabr [12:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Oktyabr 2019
15  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio