Munir "Qarabağ"a vurduğu qoldan danışdı

12:51 - 20 Sentyabr 2019

“Sevilya”nın futbolçusu Munir Əl-Həddadi Avropa Liqasının qrup mərhələsinin I turunda “Qarabağ”a Bakıda 3:0 hesabı ilə qalib gəldikləri oyunundan sonra klub saytına fikirlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, matçda ikinci qolu vuran Mərakeş əsilli 24 yaşlı hücumçu fərqləndiyi anı şərh edib:

 

"Gözəl qol idi, amma komandanın gördüyü işi tamamladım. Xüsusilə də son dəqiqələr rəqib fəallaşdığı zamanda qol vurduq. Bu da işimizə çox yaradı. İrəli gələn rəqibin ucaboy qapıçısı ilə üz-üzə qalanda topu onun başı üzərindən keçirməyi qərara aldım. Bilmirəm, alınıb-alınmayacaqdı, amma önə gəldiyi üçün cəhd elədim və uğurlu alındı. Bakıda möhtəşəm iş gördük. İndi "Qarabağ"la oyunu unutmalı və bazar günü "Real"a qarşı keçirəcəyimiz matçı düşünməliyik. Oyundan oyuna fikirləşirik. "Real"la oyunda da üç xal qazanmaq istəyirik. 

Xəbər xətti