"Qarabağ"ın sabiq futbolçusu Super Liqada növbəti qolunu vurdu - VİDEO

00:25 - 22 Sentyabr 2019

Türkiyə Super Liqasında 5-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, 2017/18 mövsümünü icarə əsasında "Qarabağ"da keçirmiş Pedro Enrikenin formasını geyindiyi "Kayserispor" "Dənizlispor"u qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

Pedro Enrike komandasının yeganə qolunu vurub. Braziliyalı vinger Super Liqada ilk qolunu "Qalatasaray"a vurmuşdu.

 

"Kayserispor" 3 xalla 17-ci pillədə qərarlaşıb. 3-cüi yerdə qərarlaşan "Dənizlispor"un 8 xalı var.

 

"Kayserispor" - "Dənizlispor" - 1:1

Qollar: Pedro Enrike, 13 - Radoslav Muravski, 74

 

 

 

Xəbər xətti