Qattuzo "Milan"a qayıdır?

12:41 - 27 Sentyabr 2019

Ötən mövsümün sonunda "Milan"dan ayrılan Cennaro Qattuzo yenidən sabiq komandasında qayıda bilər.

 

Sportal.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, uğursuz nəticələrə görə, "qırmızı-qaralar" Marko Campaolonu vəzifəsindən göndərməyə hazırlaşır.

 

İddiaya görə, "Milan"dan ayrıldıqdan sonra işsiz qalan Qattuzonun geri dönüşü müzakirə edilir.

 

"Milan" bu mövsüm A Seriyasında 5 oyuna 6 xal toplayıb.

 

41 yaşlı Qattuzo 2017-2019-cu illərdə "Milan"ın baş məşqçisi olub.

Xəbər xətti