Elmar Baxşıyev: "Komandada istədiyimiz əzmkarlığı görürük"

20:52 - 6 Oktyabr 2019

Azərbaycan Premyer Liqasının VII turunun “Zirə” – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis oyunu şərh edib:

 

“Bilirdik ki, bizi çətin oyun gözləyir. Həftəlik hazırlığımızı da buna yönəltmişdik. “Neftçi” ilə görüşdən sonra komandanı psixoloji hazırlamaq bir az çətin idi. Bu qarşılaşmada psixoloji baxımdan eniş yaşamadıq. “Zirə” yaxşı komandadır, iddialı rəqibdir. Heyətində yaxşı yerli və legioner futbolçular var.

 

Komandanın oyunundan razıyıq. Komandada istədiyimiz əzmkarlığı görürük. Oyundan oyuna istədiyimiz keyfiyyəti verir. Heç-heçə oyuna görədir. Həm bizim, həm rəqibin imkanları oldu. Davit Volkov meydanda bizim tapşırıqları maksimum yerinə yetirir. Ona iradımız yoxdur. Sadəcə epizodlardan dəyərləndirə bilmir. Düşünürəm ki, qarşıdakı matçlarda bu da qaydasına düşəcək”.

Xəbər xətti