Eltun Turabov nə vaxt geri dönür?

13:37 - 7 Oktyabr 2019

Albaniya Super Liqasının 7-ci turunda "Laçi" ilə səfər görüşünü zədəli olduğu üçün buraxan "Biliş"in azərbaycanlı futbolçusu Eltun Turabovun yaşıl meydanlara dönəcəyi vaxt məlum olub.

 

Sportal.az-a açıqlamasında 23 yaşlı müdafiəçi tezliklə komanda ilə məşqlərə başlayacağını deyib: "Yüngül zədə idi. 2-3 günə komanda ilə məşqlərə başlayacam".

 

"Biliş" Turabovun oynamadığı görüşdə "Laçi" ilə 0:0 hesablı heç-heçə edib. Super Liqanın debütantı 12 xalla 2-ci sırada qərarlaşıb.

 

Yayda "Biliş"ə qoşulan Eltun komandanın əsas üzvüdür.

Xəbər xətti