Ulduz futbolçuların həyat yoldaşları arasında qalmaqal: sosial şəbəkədə paylaşdı

15:50 - 9 Oktyabr 2019

İngiltərə millisinin sabiq üzvü Ueyn Runinin həyat yoldaşı Kolen Runi sosial şəbəkə hesabında gündəm yaradan paylaşım edib.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı sosial şəbəkədə yaxın dostunun illərdir ona xəyanət etdiyindən şübhələndiyini yazmışdı. Bu gün isə Kolen yaxın rəfiqəsi Rebeka Vardinin günahkar olduğuna dair faktlarının olduğunu deyib. O, Rebekanın şəxsi hesabındakı paylaşımları mətbuata sızdırdığını deyib:

 

"Gizli hesabımdan atdığım "story"ləri sınaq müddəti üçün bir nəfərdən başqa hamı üçün gizlətdim. Etdiyim paylaşımın "The Sun"da özəl xəbər olduğunu görəndə əmin oldum ki, bunu ötürən şəxs Rebeka Vardi imiş. Bunların sübutu əlimdədir".

 

Vardinin hamilə olan həyat yoldaşı Rebekanın cavabı gecikməyib:

 

"Kaş bunu paylaşmışdan öncə mənə deyərdin. İllərdir ki, "Instagram" hesabıma bir neçə adam daxil olub. Bu həftə özümdən xəbərsiz bir neçə səhifənin izlənildiyini gördüm. Mənim pula ehtiyacım yoxdur. Sənin paylaşımlarını mediaya ötürsəm, nə qazanacam ki? Buna çox üzüldüm".

 

Rebeka Vardi "Lester Siti"nin hücumçusu Ceymi Vardinin həyat yoldaşıdır. Vardi və Ueyn Runi 2016-cı il Avropa çempionatında İngiltərə yığmasında birgə çıxış edib.

 

Image result for rebekah vardy

Image result for coleen rooney

Image result for vardy rooney

Xəbər xətti