Giqqz: "Beyl Azərbaycanın qapısına qələbə qolumuzu vurmuşdu"

14:36 - 10 Oktyabr 2019

Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqibi Uelsin baş məşqçisi Rayan Giqqz komandasının son vəziyyəti haqqında danışıb.

 

Sportal.az xəbər verir ki, o, yığmanın hücumçusu Qaret Beyl barədə də fikirlərini bildirib:

 

“Beyl bütün futbolçular kimi daha çox oynamaq istəyir. Hücumçumuz ötən ay keçirilən seçmə oyununda Azərbaycanın qapısına qələbə qolumuzu vurmuşdu. Beyl millisində əvəzolunmaz mövqeyə malik ən yaxşı futbolçumuzdur. Son vaxtlar millinin kapitanına çevrilib. Bizim üçün böyük futbolçu olması açıq-aydın görünür”.

 

Qeyd edək ki, Avro-2020-nin seçmə mərhələsinin 5-ci turunda Uels Azərbaycana 2:1 hesabı ilə qalib gəlib.

Xəbər xətti