Almaniya klubu türkiyəli futbolçunu “Barış pınarı”na görə komandadan uzaqlaşdırdı

10:27 - 12 Oktyabr 2019

Almaniya II Bundesliqa təmsilçisi "Sankt-Pauli" klubu türkiyəli futbolçusu Cenk Şahini əsas komandadan kənarlaşdırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, buna 25 yaşlı yarımmüdafiəçinin "Instagram"da "Barış pınarı" hərəkatına dəstək paylaşımı olub.

 

Klub futbolçu ilə bu mövzuda danışıqlar apardığını qeyd edib: "Heç vaxt savaşma! Bu tip paylaşımlar klubun imicinə uyğun deyil. Ənvər Cenk Şahinlə bu mövzuda danışırıq".

 

"Sankt-Pauli" azarkeşləri Şahinin klubdan göndərilməsini tələb edib.

 

Image

Xəbər xətti