Ansu Fati İspaniya millisində debüt elədi

14:14 - 16 Oktyabr 2019

“Barselona”nın 16 yaşlı vingeri Ansu Fati İspaniya millisində debüt edib.

 

Sportal.az xəbər verir ki, Fati İspaniyanın 21 yaşadək futbolçulardan ibarət yığmasında Monteneqro ilə qarşılaşmanın (2:0) 80-ci dəqiqəsində meydana çıxıb.

 

Qvineya-Bisauda doğulan futbolçu İspaniya vətəndaşlığını alıb.

 

Fati bu mövsüm “Barselona”nın heyətində  6 oyun 2 qol, 1 assistlə yadda qalıb.

Xəbər xətti