İbrahimoviç İtaliyaya qayıdacaq?

İtaliyanın "Fiorentina" klubu MLS təmsilçisi "Los-Anceles Qalaksi"də çıxış edən Zlatan İbrahimoviçlə maraqlanır.

 

Sportal.az xəbər verir ki, "bənövşəyilər" ilin sonunda müqaviləsi başa çatacaq isveçli forvarda təklif yollayacaq.

 

Təcrübəli futbolçu ötən müsahibələrində İtaliyaya qayıda biləcəyini demişdi: "Seriya A-ya qayıtmaq istərdim. Həm İtaliya, həm də digər ölkələrdə hələ fərq yarada bilərəm. Hazırda ordakı futbolçulardan daha artığını edərəm. Müqaviləm qışda bitir. Nə olacağını görəcəyik".

 

38 yaşlı hücumçu bu mövsüm MLS-də 29 oyuna 30 qol vurub, 7 assist edib.

 

İbrahimoviç daha öncə İtaliyada "Yuventus", "İnter" və "Milan"da oynayıb.

Tarix: 17 Oktyabr [10:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Noyabr 2019
13  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio