Çiçarito: "Qarabağ"a vurduğum qola bir neçə ay öncədən hazırlaşmışdım"

10:39 - 18 Oktyabr 2019

Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda "Qarabağ"a 3:0 hesabı ilə qalib gələn "Sevilya"nın hücumçusu Xavyer Çiçarito Ernandes açıqlama verib.

 

Sportal.az "Radio Formula"ya istinadən xəbər verir ki, oyunda cərimə zərbəsindən vurduğu qolla hesabı açan meksikalı forvard buna daha öncədən hazırlaşdığını deyib: 

 

"Cərimə zərbələrinin üzərində bir neçə ay öncə - "Vest Hem"də oynayan zaman çalışırdım. Bu, qəribə və maraqlıdır. Bəlkə də, buna gec başladım, amma nə etmək olar?"

Xəbər xətti