"Sumqayıt" Aleksey İsayevi əvəzedicilərə yolladı

14:59 - 19 Oktyabr 2019

Ötən mövsümün sonu "Sumqayıt"dan ayrıldıqdan sonra geri dönməyən Aleksey İsayev dünən komandaya qayıdıb.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi bir müddət komandanın əvəzedicilərində çıxış edəcək. O, formasını bərpa etdikdən sonra əsas heyətə qayıdacaq.

 

İsayev "Sumqayıt-2"nin bu gün "Turan Tovuz"la keçirəcəyi oyunda meydanda olacaq.

Xəbər xətti