“Neftçi” rəhbərliyini istefaya səsləyənlər stadiondan çıxarıldı

18:47 - 20 Oktyabr 2019

“Neftçi” – “Zirə” oyununda “ağ-qaralar”ın azarkeşləri rəhbərliyi istefaya səsləyib. 

 

Sportal.az xəbər verir ki, “Neftçimania” fan-klubunun üzvləri rəhbərliyə etiraz olaraq, “Kamran, Ceyhun, istefa” şüarları səsləndirib.

 

Oyunun 33-cü dəqiqəsində polislər həmin azarkeşləri stadiondan uzaqlaşdırıb.

Xəbər xətti