Kamal Mirzəyev 90 dəqiqə oynadı, "Əl-Salmiyə" inamlı qələbə qazandı

00:00 - 27 Oktyabr 2019

Küveyt Premyer Liqasında dördüncü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamal Mirzəyevin çıxış etdiyi "Əl-Salmiyə" səfərdə "Əl-Nəsr Küveyt"lə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.

 

Son iki qarşılaşmada zədə səbəbindən oynamayan Kamal bu qarşılaşmada 90 dəqiqə meydanda olub.

 

24 yaşlı dayaq yarımmüdafiəçi birinci turda həftənin rəmzi komandasında yer almışdı. Mirzəyev bu qarşılaşmada da ən yaxşılardan olub.

 

"Əl-Salmiyə" 7 xalla 10 komanda arasında 3-cü yerdə qərarlaşıb.

Xəbər xətti