"Zirə" 100-ü keçdi

“Zirə”nin Azərbaycan Premyer Liqasının IX turunun “Sabah”la oyununda vurduğu ilk qol klubun tarixinə 100-cü səfər topu kimi düşüb.

 

Sportal.az xəbər verir ki, bu qola 22-ci dəqiqədə Nicat Süleymanov imza atıb. Qarşılaşmanın sonlarındakı bərabərlik topu isə “Qartallar”ın rəqib meydanında vurduğu topların sayını 101-ə çatdırıb. Bu qollar 90 oyunda vurulub. Səfərdəki orta məhsuldarlıq 1,12-yə bərabərdir.

 

Bu toplardan 62-si Premyer Liqa, 27-si Birinci divizion, 9-u Azərbaycan kuboku, 3-ü Avropa Liqasına təsadüf edib. Qəsəbə təmsilçisinin səfər qolları mövsümlər üzrə belədir: 2014/15 – 27, 2015/16 – 18, 2016/17 – 14, 2017/18 – 18, 2018/19 – 20, 2019/20 – 4.


25 rəqibin meydanında fərqlənməyi bacaran “Zirə”nin səfərdə ən çox qol vurduğu komanda “Neftçi”dir – 13. Qəsəbə klubu “Sumqayıt”la görüşlərdə 9, “Qəbələ”, “Səbail”, “Keşlə” və AZAL-ın meydanında 7 qol vurub.

 

Tarix: 28 Oktyabr [16:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Noyabr 2019
21  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio