AÇ-2020: ev sahibi şəhərlər - VİDEO

UEFA-nın rəsmi saytında AÇ-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlər barədə videoçarx yerləşdirilib.

 

Videogörüntülərlə birgə həmçinin qarşılaşmaların keçiriləcəyi şəhərlər barədə aşağıdakı kiçik məlumatlar da diqqətə çatdırılıb:

 

- Dəniz səviyyəsindən 28 metr aşağıda yerləşən Bakı bu göstəriciyə görə dünya paytaxt şəhərləri arasında birincidir. Bakını həm də “Küləklər şəhəri” adlandırırlar. Hələ XIX əsrdən etibarən bu şəhər neft hasilatının mərkəzi hesab olunurdu.

 

- Bakı ultra-müasir arxitektura ilə zəngindi, qədimliyi sevənlər üçün isə burada qala divarları ilə əhatə olunmuş İçəri-Şəhər var. İçəri-Şəhər UNESCO-nun Ümumdünya İrsi siyahısına daxildi. Burada həmçinin Qız Qalası və XV əsrə aid Şirvanşahlar Sarayı mövcuddu.

 

- Azərbaycan milli komandasının da ev oyunlarını keçirdiyi Bakı Olimpiya Stadionunda 2019-cu il mayın 29-da UEFA Avropa Liqasının final oyunu təşkil olunub. Finalda Londonun “Çelsi” və “Arsenal” komandaları qarşılaşıb.

 

AÇ-2020-nin 3 qrup mərhələsi oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

Tarix: 29 Oktyabr [18:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2019
18  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio