Emil Balayevli "Tobol" uduzdu, "Astana" çempion oldu - VİDEO

Qazaxıstan Premyer Liqasında 32-ci turun oyunları keçirilib.

Sportal.az xəbər veri ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı "Astana"nın qonağı olub. Matç "Astana"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə sayəsində Qriqorçukun kollektivi sona bir tur qalmış çempion olub.

 

"Tobol" 60 xalla 4-cü pillədə qərarlaşıb. Kostanay təmsilçisi Avropa Liqasına vəsiqə qazanmaq üçün son turda "Aktobe"ni məğlub etməli, "Ordabası" isə evdə "Taraz"a məğlub olmalıdır. 

 

Tarix: 3 Noyabr [16:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2019
17  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio