Qurban Qurbanov: "90 dəqiqə eyni tempdə oynaya bilmərik"

Avropa Liqasının qrup mərhələsinin 4-cü turnuda APOEL-in qonağı olacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun öncəsi fikirlərini klubun saytına açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis diqqətli olmalarının vacibliyini söyləyib:

 

“Rəqib həddən artıq istəkli ola bilər. APOEL doğma meydanında oynayacaq. 90 dəqiqə eyni tempi qoruyub saxlaya və ancaq hücumda ola bilmərik. Hücumlarımız müdafiədən və əks-hücumlar üzərində ola bilər. Maksimum çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq. Futbolda bəzən 90 dəqiqə topa nəzarət edirsən, amma vurduğun qollar əks-hücumlardan olur. Son vaxtlar belə qollara çox rast gəlirik. Görünür ki, rəqib özünü maksimum şəkildə qələbəyə, hücumda oynamağa kökləyib. Bu da normal haldır. Biz başqa cür də gözləmirdik. Hər bir halda, həm əks-hücumlarda, topa nəzarətdə və öz meydanımızda çalışacağıq ki, diqqətli olaq”.

Tarix: 6 Noyabr [21:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
6 İyun 2020
5  İyun 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio