"Bu qələbə bizə çox kömək edəcək" - APOEL-in futbolçusu

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"a 2:1 hesabı ilə qalib gələn Kiprin APOEL klubunun yarımmüdafiəçisi Giorgos Efrem matçdan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı kiprli futbolçu qələbəni şərh edib:

 

"Lüksemburqa qələbə və mərhələ keçmək üçün gedəcəyik. Zəfərə hamımız ilk gündən inanırdıq. Bu qələbə bizə qrupda çox kömək edəcək. Qisas almaq üçün "Düdelanj"a qalib gəlməliyik. Qola gəlincə, kimin vurmasının əhəmiyyəti yoxdur. Mən bunu çılğın şəkildə qeyd etdim. Bu, komandanın vurduğu qoldur. Xoşbəxtik və yolumuza davam edirik".

Tarix: 8 Noyabr [00:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10 Dekabr 2019
9  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: sport[email protected] | site by Five studio