Musa Əl-Tamari: "Çətin oldu, amma bacardıq"

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"a 2:1 hesabı ilə qalib gələn Kiprin APOEL klubunun hücumçusu Musa Əl-Tamari matçdan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, iordaniyalı futbolçu zəfəri şərh edib:

 

"Şükür Allaha, bizim üçün çox yaxşı qələbə oldu. Bu oyun bitdi və növbəti qarşılaşmaları düşünməliyik. Çox ağır oyun idi, çətin oldu, amma bacardıq. Hər şey komandadan asılıdır. Bir-birimizə lazım olan nəticə üçün yardım edirik. Önəmli olan 3 xaldır. 1/16 finala yüksəlmək üçün daha çox çalışmalıyıq".

Tarix: 8 Noyabr [03:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2019
18  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio