Frenk Lempard: “Çempionluq uğrunda mübarizə aparmırıq”

İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı baş məşqçisi seçilən “Çelsi”nin çalışdırıcısı Frenk Lempard açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis çempionatda çempionluq uğrunda yarışmaqdıqlarını bildirib:

 

“Turnir cədvəlində “Mançester Siti” kimi komandadan öndə olmaq gözəldir. Lakin biz çempionluq uğrunda mübarizə aparmırıq. Gənc futbolçularla birgə keçid dönəmindəyik”.

 

"Liverpul" 12 turdan sonra 34 xalla turnir cədvəlinə başçılıq edir. "Lester Siti" və "Çelsi" 26 xalla 2-3-cü yerləri bölüşür. "Mançester Siti" 25 xalla 4-cüdür.

Tarix: 12 Noyabr [18:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2019
10  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio