Baş məşqçini yıxan futbolçuya sərt cəza

17:30 - 14 Noyabr 2019

Almaniya Bundesliqasının XI turunun "Frayburq"la səfər oyununda rəqib komandanın baş məşqçisi Kristian Ştrayxı itələyib yerə yıxan "Ayntraxt"ın müdafiəçisi David Abrahamın cəzası bəlli olub.

 

Sportal.az xəbər verir ki, yerli federasiya argentinalı futbolçunu 7 oyunluq diskvalifikasiya edib. 33 yaşlı müdafiəçi 25 min avro cərimələnib.

 

90+5-ci dəqiqədə topu oyuna daxil etmək üçün qaçan Abraham baş məşqçini itələyərək yerə yıxmışdı. Bundan sonra rəqib komandanın futbolçuları David üzərinə hücum çəkmişdi. Görüşün baş hakimi Feliks Brix Abrahamı qırmızı vərəqə ilə meydandan qovmuşdu.

Xəbər xətti