Maksim Medvedev millidən kənarlaşdırıldı

13:51 - 17 Noyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində Uelslə oyunu zədə səbəbindən buraxan Azərbaycan millisinin kapitanı Maksim Medvedev yığmanın heyətindən çıxarılıb.

 

Sportal.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu noyabrın 19-da Trnava şəhərində keçiriləcək Slovakiya – Azərbaycan oyununa yollanacaq heyətdə yer almayıb.

 

Slovakiya - Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Xəbər xətti