“Səbail”i məyus edən 100-cü qol

Azərbaycan Premyer Liqasının XIV turunda “Zirə”yə 1:4 hesabı ilə uduzan “Səbail” öz qapısından 100-cü topu buraxıb.

 

Sportal.az xəbər verir ki, ölkə çempionatının yüksək dəstəsində 2017/18 mövsümündə debüt edən paytaxt klubu burada keçirdiyi 70-ci qarşılaşmada “100-ə” çatıb. “Dənizçilər”i məyus edən yubiley qolunun müəllifi “Zirə”nin futbolçusu Tellur Mütəllimov olub. “Səbail” bu 100 qoldan 44-nü evdə, 56-nı səfərdə buraxıb. “Səbail” Premyer Liqada 100 və daha çox qol buraxan 37-ci komanda olub.

 

“Səbail”in qapısına ilk qolu da “Zirə” vurub. 2017-ci il avqustun 13-də Milan Duriç ev oyununda qonaqları məyus edib. Qəsəbə təmsilçisi ev görüşündə 2:1 hesabı ilə qalib gəlib.

 

Tarix: 9 Dekabr [13:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
6 Avqust 2020
5  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio