"Qarabağ" "Düdelanj"la heç-heçə etdi - YENİLƏNİB

23:46 - 12 Dekabr 2019

Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, A qrupunda qərarlaşan “Qarabağ” Lüksemburqun “Düdelanj” klubunu qəbul edib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

Qrupun digər oyununda isə pley-offa vəsiqəni təmin edən APOEL "Sevilya"ya qalib gəlib - 1:0.

 

Avropa Liqası, A qrupu, 6-cı tur

 

21:55. “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) - 1:1

Qollar: Maqaye Qeye, 90+2 - Sabir Buqren, 63

Qırmızı vərəqə: Qara Qarayev, 46 ("Qarabağ")

Baş hakim: Kristo Tohver (Estoniya)
Bakı.Tofiq Bəhramov adına Respublika Stadionu

 

21:55. APOEL (Kipr) – “Sevilya” (İspaniya) - 1:0

 

    

Xəbər xətti