Şenol Günəş: "Azərbaycanla yoxlama oyunu keçirə bilərik"

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş AÇ-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı Azərbaycana səfəri haqqında danışıb.


Sportal.az xəbər verir ki, "Sports TV"də yayımlanan "Sporsever" proqramında qonaq olan 67 yaşlı mütəxəssis Bakıda isti münasibət gördüyünü deyib:

 

"Təlim-məşq toplanışı üçün yer seçmək və başqa işlərə görə Bakıya getdik. Böyük sevgi gördük. Televiziyaya çıxdıq. Bizi indidən bağırlarına basdılar. Yenidən gedib, təlim-məşq toplanışı ilə əlaqədar məsələləri planlaşdıracağıq. Həm də orada mətbuat konfransı keçirməyi düşünürəm. Azərbaycan ilə bir yoxlama matçı da oynaya bilərik. Təbii ki, evimizdə çıxış edəcəyimiz hissini bizə indidən yaşadırlar. Oyunlarda dəstək görəcəyimizi bilirəm. Bu cəhətdən şanslıyıq".

 

Türkiyə millisi iyunun 17-i Uels, 21-i isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.

Tarix: 13 Dekabr [22:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Yanvar 2020
28  Yanvar 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio