Qvardiola ayrılıq iddialarına münasibət bildirdi

Mövsümün sonunda "Mançester Siti"dən ayrılacağı iddia edilən Pep Qvardiola açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ispan mütəxəssis yayılan xəbərləri təkzib edib:

 

"Xeyr, bunlar doğru məlumat deyil. Ötən həftə klub rəhbərliyi ilə gələcək planları müzakirə etmişik".

 

48 yaşlı mütəxəssisin "şəhərlilər"lə 2021-ci ilə qədər müqaviləsi var. Komanda Qvardiolanın rəhbərliyi altında Premyer Liqada son iki mövsümün qalibi olub. Təvrübəli məşqçinin mövsümün sonunda klubdan ayrılacağı barədə xəbərlər yayılmışdı.

 

Qvardiola qış fasiləsində transfer etməyəcəklərini sözlərinə əlavə edib.

Tarix: 15 Dekabr [13:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2020
24  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio