Yığma olimpiadadan kənarda qaldı

10:54 - 10 Yanvar 2020

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya oyunlarına lisenziya şansını qaçırıb.

 

Sportal.az xəbər verir ki, Avropa təsnifat turnirində Polşanın Niderlanda qalib gəlməsindən (3:1) sonra Azərbaycan yığmasının olimpiadadan kənar qalacağı dəqiqləşib.

 

Milli son turda Polşa ilə qarşılaşacaq. Vаsif Tаlıbovun çalışdırdığı kollektiv öncəki oyunlarda Niderlanda 0:3, Bolqarıstana isə 1:3 hesabı ilə uduzub.

Xəbər xətti