"Lester Siti"nin sabiq futbolçusu "Zirə"də

14:46 - 14 Yanvar 2020

"Zirə" yeni futbolçu ilə anlaşıb.

 

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi Alie Sesayla müqavilə bağlayıb. 25 yaşlı syerra-leoneli müdafiəçi ilə müqavilənin müddəti 1 il yarımdır.

 

London "Arsenal"ının yetirməsi olan Sesay daha əvvəl İngiltərəni "Lester Siti", "Kolçester", "Kembric", "Barnet", İsveçin "Frey", Yunanıstanın "Kissamikos" və Bolqarıstanın "Arda" klubunda çıxış edib.

Xəbər xətti