Sabiq "Qalatasaray"lı Türkiyəyə qayıtdı

00:35 - 21 Yanvar 2020

"Cenoa"nın futbolçusu Sinan Gümüş Türkiyəyə qayıdıb.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı hücumçu "Antalyaspor"a keçib. Super Liqa klubu Gümüşü mövsümün sonuna qədər icarəyə götürüb.

 

Türkiyə və Almaniya vətəndaşlığı olan futbolçu ötən yay "Qalatasaray"dan "Cenoa"ya keçmişdi.

Xəbər xətti