Vinfrid Şefer: "Riçard Almeyda meydanda əsl liderdir"

Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubunun baş məşqçisi Vinfrid Şefer Riçard Almeydanın transferi barədə fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis Azərbaycan millisinin üzvünün onun komandası üçün dəyərli əlavə olduğunu bildirib:

 

"Almeydanın böyük təcrübəsi var və biz də yeni oyunçudan məhz bunu istəyirdik. O, Azərbaycan yığmasının aparıcı oyunçusu, meydanda əsl liderdir".

 

2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürmüşdü.

 

Vinfrid Şefer 2010-cu ilin iyunundan 2011-ci ilin yanvarınadək "Bakı"nın baş məşqçisi olub.

Tarix: 22 Yanvar [16:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Fevral 2020
22  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio