"Liverpul"un 120 milyonluq transfer planı

17:28 - 23 Yanvar 2020

İngiltərədə rekordları alt-üst edən "Liverpul" transferlərə də diqqət ayırır.

 

Sportal.az xəbər verir ki, "qırmızılar" "Bayer"in yarımmüdafiəçisi Kay Havertsi transfer etmək istəyir. Mersisaydlıların Leverkuzen klubuna 120 milyon avro təklif etməyi planlaşdırdığı iddia edilir.

 

"Mançester Yunayted", "Bayern", "Barselona" kimi klubların hədəfində olan Havertsin mövsümün sonunda "Bayer"dən ayrılacağı gözlənilir.

 

20 yaşlı futbolçu 11 yaşından "Bayer"in yetirməsidir. O, 2018-ci ildən Almaniya millisinə dəvət alır.

Xəbər xətti