Emil Balayevin transfer qiyməti qalxdı

Qazaxıstanın "Tobol" klubunun qapıçısı Emil Balayevin transfer qiyməti qalxıb.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı qapıçının "Transfermarkt"da dəyəri 1,2 milyon avro göstərilir. Onun transfer qiyməti daha öncə 800 min avro idi.

 

Emil ötən mövsüm Qazaxıstan Premyer Liqasında keçirdiyi 31 oyunun 18-də qapısını toxunulmaz saxlamaqla çempionatın ən yaxşı qapıçısı seçilmişdi.

Tarix: 24 Yanvar [12:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 May 2020
27  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio