Rövnəq Abdullayev: "Məqsədimiz millinin oyununda dönüş etməkdir"

4-cü dəfə AFFA-nın prezidenti seçilən Rövnəq Abdullayev fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, planlardan söz açıb:

 

“İnanıram ki, növbəti 4 ildə müxtəlif proqramlar həyata keçirəcəyik. Məqsədimiz millinin oyununda dönüş etməkdir. Ümid edirəm ki, birgə əl-ələ verib işləyərək bunun öhdəsindən gələcəyik. Qarşıda bizi böyük turnirlə gözləyir.AÇ-2020-nin 4 oyunu Bakıda olacaq. Fikrimcə, bunun ardı da gələcək. Bunun öhdəsindən birgə gələcəyimizə inanıram”.

 

Rövnəq Abdullayev ilk dəfə 2008-ci ildə, 2-ci dəfə, 2012-ci ildə, 3-cü dəfə isə 2016-cı ildə AFFA-nın prezidenti seçilib.

Tarix: 28 Yanvar [12:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Fevral 2020
22  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio