Ulduz futbolçunun 2 il hərbi xidmətdə olan həyat yoldaşı - FOTOLAR

"Barselona"nın futbolçusu Serji Robertonun həyat yoldaşı Koral Simanoviç unikal qadın hesab edilir.

 

Sportal.az xəbər verir ki, Nyu-Yorkda anadan olan Koralın İsrail vətəndaşlığı var. Lakin o, əri ilə birgə Kataloniyada yaşayır.

 

Modellik karyerasına qədər 2 il İsrail ordusunda hərbi xidmətdə olub. İsraildə bu normal haldır və əksər qadınlar hərbi xidmətə yollanır.

 

28 yaşlı modelin "Instagram"da 782 min izləyicisi var. O, məşhur jurnalların üz qabığında yer alır. Onun əsas uğuru öz adının - Koral Simanoviç markasını yaratmasıdır.

 

Serji Roberto isə "Barselona"nın yetirməsidir. 27 yaşlı müdafiəçi 2010-cu ildən əsas komandada çıxış edir.

 

Tarix: 30 Yanvar [17:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 Aprel 2020
3  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio