Rafiq Hüseynov: "Eyni nəticəni 9 ildən sonra təkrarlamağın dəyəri başqadır"

İtaliyanın paytaxtı Romada Avropa çempionu olan Azərbaycan millisinin yunan-Roma güləşçisi Rafiq Hüseynov fikirlərini bildirib.

 

Sportal.az federasiyanın saytına istinadən xəbər verir ki, 9 illik həsrətə son qoyaraq 2-ci dəfə qitə birincisi olan 32 yaşlı güləşçinin təəssüratları belə olub:

 

“Təbriklərə görə təşəkkür edirəm. Həm ikinci dəfə Avropa çempionu olduğum üçün, həm də komanda yoldaşlarımın uğuruna görə çox sevinirəm. Artıq millimizdə güclü gənc güləşçilər var. Hər idmançı yarışa çempion olmaq üçün gedir. Böyüklərdə ilk nəticəm olduğu üçün birinci çempionluq daha şirin idi. Amma eyni nəticəni 9 ildən sonra təkrarlamağın da dəyəri başqadır. Hər titulun öz yeri var. Bundan sonra lisenziya xarakterli yarışlara hazırlaşacağıq. Məşqçilərin qoyduğu plan üzrə hərəkət edəcəyik. Ondan sonra da hədəfimiz Olimpiadadır”.

Tarix: 14 Fevral [11:39]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 İyul 2020
3  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio