"Real"la "Liverpul"un Brozoviç mübarizəsi

16:05 - 14 Fevral 2020

"İnter"in yarımmüdafiəçisi Marselo Brozoviç "Liverpul"la "Real"ın transfer hədəfindədir.

 

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, hər iki klubun rəsmiləri "İnter"in A Seriyasında "Milan"a 4:2 hesabı ilə qalib gəldiyi oyunda xorvatiyalını stadiondan izləyiblər.

 

Milan təmsilçisi 27 yaşlı futbolçunu satmaq fikrində olmasa da, onun sərbəst qalma dəyəri 60 milyon avrodur. Bu məbləği isə hər iki klub qarşılamağa hazırdır.

 

"İnter" Xorvatiya millisinin üzvünü 2015-ci ildə Zaqreb "Dinamo"sundan 5 milyon avroya transfer etmişdi.Brozoviç bu mövsüm 29 oyunda 3 qol vurub, 5 assist edib.

Xəbər xətti