“Qarabağ”la oyunda geyindiyi formanı muzeyə bağışladı

APOEL-in müdafiəçisi Giorqos Merkis Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı Bakıda keçirdikləri oyunda geyindiyi formanı klubun muzeyinə bağışlayıb.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı yunan müdafiəçi buna görə qürurlu olduğunu deyib:

 

“Qarabağ”la oyunda geyindiyim formanı APOEL-in muzeyinə verdiyim üçün qürur hissi keçirdim. APOEL tarixinin bir üzvü olmaq və formamın muzeydə olması qürurvericidir”.

 

Bakıdakı qarşılaşma 2:2 hesabı ilə başa çatmışdı. Kipr klubu "Sevilya" ilə birgə mərhələ adlamağı bacarmışdı.

Tarix: 15 Fevral [12:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 Fevral 2020
25  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio