Qvardiola "Mançester Siti"dən ayrılır? - "Barselona" və ya "Yuventus"a gedəcək"

UEFA-nın "Mançester Siti"ni avrokuboklarda 2 illik uzaqlaşdırmasından sonra komandanın baş məşqçisi Pep Qvardiolanın klubda qalıb-qalmayacağı müzakirələrə səbəb olub.

 

Sportal.az xəbər verir ki, "Daily Telegraph" ispan mütəxəssisin mövsümün sonunda "şəhərlilər"dən ayrılacağını yazıb: "Mançester Siti" CAS-a şikayət etməklə cəzasını aradan qaldıra bilməz. Çirkli oyunun bir parçası olmaq istəməyən Qvardiola mövsümün sonunda klubdan ayrılacaq".

 

"Football Italia" da 49 yaşlı çalışdırıcının Mançester klubundan ayrılacağını qeyd edib: "Qvardiola mövsümün sonunda "Mançester Siti"ni tərk edəcək. O, karyerasına "Barselona" və ya "Yuventus"da davam edəcək".

 

Sport.es saytı isə Qvardiolanın müqaviləsi başa çatana - 2021-ci ilin yayına kimi "Mançester Siti"də işinə davam edəcəyini yazıb. Nəşr məlumatı təcrübəli mütəxəssisə yaxın mənbələrdən aldığını qeyd edib.

 

 

Tarix: 16 Fevral [12:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio