"Qalatasaray"da derbi öncəsi ciddi itki

17:05 - 18 Fevral 2020

Türkiyə Super Liqasının 22-ci turunda "Yeni Malatyaspor"u 1:0 hesabı ilə məğlub edən "Qalatasaray" ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, matçın 90-cı dəqiqəsində zədələnən "sarı-qırmızılar"ın yarımmüdafiəçisi Mario Leminanın ən azı 3-4 həftə yaşıl meydanlardan kənar qalacağı gözlənilir.

 

26 yaşlı qabonlu yarımmüdafiəçi bu mövsüm İstanbul klubunda 23 oyunda 1 qol vurub.

 

"Qalatasaray" Super Liqanın növbəti turunda əzəli rəqibi "Fənərbaxça" ilə qarşılaşacaq.

Xəbər xətti