Sezar Meza Kolli: "Azərbaycan mənim ikinci vətənim kimidir"

“Keşlə”nin legioneri Sezar Meza Kolli onun milliləşdiriləcəyi ilə bağlı AFFA-nın bu gün yaydığı açıqlamayla bağlı fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı paraqvaylı yarımmüdafiəçi Azərbaycan millisində çıxış etməyə hazır olduğunu deyib:

 

“Həmişə demişəm ki, Azərbaycan mənim ikinci vətənim kimidir. Azərbaycan pasportu alacağıma görə sevinirəm. Bu, mənim üçün yaxşı xəbərdir. Çalışacağam ki, dəvət alacağım təqdirdə Azərbaycan millisinə maksimum dərəcədə xeyirli olum” (azerisport).

Tarix: 18 Fevral [17:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
8  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio