"Poqba kuboklar qazanacağı kluba getmək istəyir"

Pol Poqba mövsümün sonunda "Mançester Yunayted"i tərk edəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə onun qardaşı Matyas Poqba açıqlama verib. O deyib ki, Pol Çempionlar Liqasında oynayacağı və kuboklar qazanacağı bir kluba keçmək niyyətindədi:

"Qardaşım növbəti mövsüm "Mançester Yunayted"də olmayacaq. O, Çempionlar Liqasında oynayacağı və titullar qazanacağı bir kluba getmək istəyir".

Poqbanın adı sabiq klubu "Yuventus" və Madrid "Real"ı ilə hallanır.

Tarix: 19 Fevral [17:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio